Milli Park rejimini pozan brakonyerlər yaxalanmışlar
31 Oktyabr 2009, 00:00
28 oktyabr 2009”“cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağgöl Milli Parkının əməkdaşları qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə keçirdikləri reyd zamanı Milli Parkın ərazisində 90-ER-575 dövlət nömrə nişanlı “Niva” markalı avtomaşınla qarşılaşmış və onları saxlamaq istərkən maşında olanlar tabesizlik göstərərək ərazidən uzaqlaşmışlar.
Lakin Milli Park əməkdaşları Ağcabədi rayon Polis Şöbəsinin nümayəndələrinin köməyi ilə qanun pozucularını saxlamağa müvəffəq olmuşlar.
Ağgöl Milli Parkının inzibati ərazisində qanunsuz ov etməyə cəhd edən İran İslam Respublikasının vətəndaşı Zergani Ali Chaseb, Bakı şəhər sakini Rufulluzadə Sadiq Cabir oğlu və Tovuz rayonu Bayramlı kənd sakini Hüseynov Mustafa Cəbrail oğlunun olduqları aydınlaşmışdır. Avtomobilə baxış keçirilən zaman orada şahin quşunun ovlanması üçün istifadə olunan cələ, şahin quşu üçün papaq və canlı göyərçinlər aşkar edilmişdir.
Qanun pozucuları verdikləri ifadədə bildirmişlər ki, bu işdə onlara Suriya Ərəb Respublikasının vətəndaşı (şəxsiyyəti hələlik məlum deyil) başçılıq edib, təqib zamanı o, maşından düşərək qaçıb.
Saxlanılan şəxslər adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşmüş şahin quşunu ovlamaq məqsədi ilə gəldiklərini bildirmişlər.
Faktla bağlı maddi sübutlar götürülərək, qanun pozuntusu ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 111.2 maddəsinə əsasən protokol tərtib edilmiş, İran İslam Respublikasının vətəndaşı Zergani Ali Chasebin Azərbaycan Respublikasının ovçuluq haqqında qanununun tələblərini kobud surətdə pozduğuna görə respublikadan departasiya olunmuşdur. Onun ölkəyə gəlməsinə qadağa qoyulması ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinə müraciət edilmişdir.
Hazırda qanun pozucularının verdikləri ifadələrdə adı çəkilən Suriya Ərəb Respublikası vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.