Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 ay ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 2502 akt və protokol tərtib edib

22 Oktyabr 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu ilin ötən 9 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2502 akt və protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 760 icrası məcburi olan göstərişlər verilmişdir.
Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 650 iş üzrə 1188329,6 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 198494,69 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 554 iş üzrə 1227545,55 manat məbləğində iddia qaldırılmış, ondan 51705,35 manat məbləğin ödənilməsi təmin olunmuşdur. İdarə və müəssisələrə 3006 iş üzrə 704808,48 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 393026,4 manat məbləğin ödənilməsi təmin edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 82 işdən 36-na, məhkəmələrə göndərilmiş 130 işdən 46-na, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 424 işdən 68-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Su ehtiyatlarından səmərəli istifadə olunması və mühafizəsi sahəsində dövlət nəzarətinin tətbiqi nəticəsində 239 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 116 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 66 iş üzrə 165030 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 16333,72 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 17 iş üzrə 108996,9 manat məbləğində iddia qaldırılmışdır. İdarə və müəssisələrə 485 iş üzrə 386510,57 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 97981,7 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün məhkəməyə göndərilmiş 1 işə, hüququ mühafizə orqanlarına göndərilmiş 6 işdən 5-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 46 işdən 14-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Atmosfer havasının mühafizəsi üzrə 611 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 288 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdikliklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 87 iş üzrə 223895 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 58188 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 38 iş üzrə 15432,3 manat məbləğində iddia qaldırılmışdır. 1602 iş üzrə 185358,44 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 173005,35 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 51 işdən 20-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 80 akt və protokol tərtib olunmuş, çatışmazlıqların aradan qaldırılması üçün 11 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 20 iş üzrə 20700 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 3591,43 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 7 iş üzrə 1629,2 manat məbləğində iddia qaldırılmışdır. 65 iş üzrə 11313 manat məbləğində tətbiq edilmiş ödənişin ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün məhkəməyə göndərilmiş 2 işə baxılmışdır.
Yerin təkinin mühafizəsi sahəsində müəyyən edilmiş qanun pozuntularına görə 239 akt və protokol tərtib olunmuşdur. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 121 iş üzrə 157172 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 41069,71 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 132 iş üzrə 995029,49 manat məbləğində iddia qaldırılmışdır. 49 iş üzrə 18953 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 16025 manat məbləğin ödənilməsi təmin olunmuşdur. Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 97 işdən isə 7-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Tullantıların idarə olunması sahəsində dövlət nəzarətinin mövcud qanunvericiliyə uyğun tətbiqi nəticəsində 619 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 287 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 172 iş üzrə 459280 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 41887 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 28 iş üzrə 1411 manat məbləğində iddia qaldırılmış və ödənilməsi təmin edilmişdir. 804 iş üzrə 102573,47 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 94601,35 manatın ödənilməsi təmin olunmuşdur. Məhkəmələrə göndərilmiş 1 işdən (ötən ildən qalanla) 8-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 119 işdən isə 10-na baxılaraq müvafiq tədbir görülmüşdür.
Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 581 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 41 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 137 iş üzrə 121499,6 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 30771,76 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 244 iş üzrə 64993,66 manat məbləğində iddia qaldırılmış, ondan 32911,5 manat məbləğin ödənilməsi təmin edilmişdir. Tədbir görülməsi üçün Məhkəmələrə göndərilmiş 32 işdən 8-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 86 işdən 5-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Faunanın mühafizəsi sahəsində dövlət nəzarətinin mövcud qanunvericilik əsasında tətbiqi nəticəsində 58 akt və protokol tərtib olunmuşdur. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 40 iş üzrə 35715 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 6653 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 2 iş üzrə 75 manat məbləğində iddia qaldırılmışdır. Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 21 işdən 11-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Su Hövzələrində Bioloji Resursların artırılması və mühafizəsi sahəsində 75 akt və protokol tərtib olunmuşdur. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 7 iş üzrə 5038 manat məbləğində cərimə tətbiq edilmişdir. Dəymiş ziyanla bağlı 86 iş üzrə 39978 manat məbləğində iddia qaldırılmış və ondan 9100 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 30 işə, Məhkəmələrə göndərilmiş 86 işdən 18-nə baxılmışdır.