Xəbərlər

5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 9 ay ərzində 127 akt və protokol tərtib edib

07 Oktyabr 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) “Ətraf Mühitin Mühafizəsi Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq reyd və yoxlamalar keçirərək 2009-cu ilin 9 ayı ərzində 127 akt və protokol tərtib etmişdir.
Atmosfer havasının mühafizəsi sahəsində 23 akt və protokol tərtib edilmiş, 14 məcburi göstəriş verilmiş, 2 nəfər 400 manat məbləğində cərimə olunmuşdur. Müəssisə və təşkilatlara 5209 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilməsi təmin edilmişdir.
Su mühafizəsi sahəsində 19 akt tərtib edilmiş, 14 məcburi göstəriş verilmişdir. Müəssisə və təşkilatlara 8261 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 13 akt və protokol tərtib edilmiş, 3 məcburi göstəriş verilmişdir. 4 nəfər 2600 manat məbləğində cərimə olunmuş, 7 nəfərə qarşı 269,5 manat məbləğində iddia qaldırılmışdır. 1 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 20 akt və protokol tərtib edilmişdir. 6 nəfər 10900 manat məbləğində cərimə olunmuş, 13 məcburi göstəriş verilmişdir. Müəssisə və təşkilatlara 2720 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilməsi təmin edilmişdir. 2 iş məhkəmə orqanlarına göndərilmişdir.
Floranın mühafizəsi sahəsində 47 akt və protokol tərtib edilmişdir. Qanunu pozan 20 nəfər 12350 manat məbləğində cərimə olunmuş, 22 nəfərə qarşı 1824,5 manat məbləğində iddia qaldırılmışdır. 15 nəfər tərəfindən 1696,5 manat məbləğində cərimə, 16 nəfər tərəfindən isə 1267,4 manat məbləğində iddia ödənilmişdir. 17 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilmişdir.
Faunanın mühafizəsi sahəsində 5 protokol tərtib edilmiş, 1 nəfər 700 manat məbləğində cərimə olunmuş və ödənilməsi təmin edilmişdir. 1 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilmişdir.