ETSN tərəfindən “Xəzər həftəsi”nin qeyd olunması başa çatmışdır
01 Oktyabr 2009, 00:00
“Beynəlxalq Dəniz günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər həftəsi”nin qeyd olunması başa çatmışdır.
ETSN-nin hazırladığı tədbirlər planına uyğun olaraq “Beynəlxalq Dəniz günü”nün mütəşəkkil keçirilməsi məqsədilə Nazirliyin müvafiq qurumları tərəfindən bələdiyyə və ictimaiyyət nümayəndələri ilə birgə Xəzər dənizinin sahil zolağını məişət tullantılarından təmizləmək üçün iməciliklər təşkil edilmiş, bir sıra təhsil ocaqlarında bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı məruzələr oxunmuşdur.
Belə ki, 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları Lənkəran şəhərinin Xəzər dənizi boyu 5 kilometrlik sahil zolağında Lənkəran Dövlət Universitetinin, bələdiyyə işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə iməcilik keçirərək ərazini 5 ton məişət və digər növ tullantılardan təmizləmişlər.
3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin mütəxəssisləri Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Salyan, Sabirabad rayonlarının təhsil, mədəniyyət ocaqları, aidiyyəti idarə və müəssisələrində Xəzər dənizinin bioresurslarının mühafizəsinin vacibliyi barəsində mühazirələr oxumuş, Neftçala rayonunun Xəzər dənizi sahil zolağında iməciliklər keçirmişlər.
4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları inzibati ərazilərin (Sumqayıt, Abşeron, Qobustan, Xızı) bir sıra orta məktəblərində Xəzərin mühafizəsi ilə bağlı görülmüş işlər barədə məlumatlar vermiş, məktəbliləri maraqlandıran sualları cavablandırmışlar. Tədbirlər planına əsasən sahil zolağı ərazilərdə İcra, bələdiyyə və ictimaiyyət nümayəndələr ilə birgə iməcilik təşkil olunmuşdur.
5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları da tədbirlər planına əsasən inzibati ərazilərin (Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) bir sıra orta məktəblərində “Dəniz və okeanların bioresurslarının qorunub saxlanması” mövzusunda mühazirələr oxumuş, məktəblilərə bu mövzuda maarifləndirici foto slaydlar nümayiş etdirmiş və viktorinalar keçirmişlər. Eyni zamanda Müqtədir və Nabran İnzibati Ərazi Vahidliyinin bələdiyyələri, İcra nümayəndələri və məktəb kollektivi ilə dəniz sahilində ətraf mühitin mühafizəsi ilə əlaqədar iməcilik təşkil etmişlər.
Həmçinin, 30 sentyabr 2009-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Xəzər həftəsi”nin qeyd olunması ilə əlaqədar hazırlanmış tədbirlər planına əsasən Xəzərin bioloji resurslarının mühafizə olunması və artırılması ilə bağlı görülmüş işləri ictimaiyyətə çatdırmaq məqsədilə Nazirliyinin əməkdaşları KİV nümayəndələri ilə birgə Neftçala rayonu Xıllı Nərə Balıqartırma zavodunda olmuşlar.
Burada jurnalistlərə müəssisədə yetişdirilən nərəcinsli balıqlar nümayiş etdirilmiş, zavodun fəaliyyəti və görülmüş işlərlə bağlı jurnalistləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.
Bununla da Nazirlik müvafiq Tədbirlər Planına uyğun olaraq “Xəzər həftəsi” çərçivəsində nəzərdə tutulan bütün mədəni-kütləvi, ictimaiyyətin maarifləndirilməsinə xidmət edən tədbirlərə yekun vurmuşdur.