Xəbərlər

Xəzər həftəsi ilə əlaqədar tədbirlər davam etdirilir

28 Sentyabr 2009, 00:00

Dünyada olduğu kimi ölkəmizdə də Beynəlxalq dəniz həftəsi ərəfəsində müxtəlif kütləvi, maarifləndirici tədbirlər həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər həftəsinin keçirilməsi məqsədi ilə hazırlanmış müvafiq tədbirlər planına əsasən Nazirliyin
mütəxəssislərinin iştirakı ilə 24 sentyabr 2009-cu il tarixdə Nazirliyin inzibati binasında Azərbaycan Dövlət Neft Akademiyasının, Bakı Dövlət, Texniki, Memarlıq və İnşaat Universitetlərinin müəllim və tələbələrinin iştirakı ilə dəyirmi masa, eləcə də 25 sentyabr 2009-cu il tarixində Hövsan qəsəbəsinin 196 saylı orta məktəbinin müəllim və şagird heyəti ilə seminar məşğələ təşkil olunmuşdur.
Eyni zamanda 26 sentyabr 2009-cu il tarixdə ETSN-nin müvafiq qurumlarının əməkdaşları, ali məktəb tələbələri, yerli icra strukturları, ictimaiyyət və QHT nümayəndələri ilə birgə Buzovna qəsəbəsinin sahil zolağında iməcilik keçirilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər həftəsi çərçivəsində sahilzolağı rayonların yerli icra strukturlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu kimi tədbirlərdə fəal iştirak etməyə çağırır.