Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 ay ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 2232 akt və protokol tərtib edib

17 Sentyabr 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu ilin ötən 8 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2232 akt və protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 698 icrası məcburi olan göstərişlər verilmişdir.
Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 565 iş üzrə 1015484,6 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 163120,39 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 504 iş üzrə 1168921 manat məbləğində iddia qaldırılmış, ondan 40258,5 manat məbləğin ödənilməsi təmin olunmuşdur. İdarə və müəssisələrə 2447 iş üzrə 606706,65 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 306985,78 manat məbləğin ödənilməsi təmin edilmişdir. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 78 işdən 36-na, məhkəmələrə göndərilmiş 129 işdən 37-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 373 işdən 53-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür. 1 obyektin fəaliyyəti dayandırılmışdır.
Su ehtiyatlarından səmərəli istifadə olunması və mühafizəsi sahəsində dövlət nəzarətinin tətbiqi nəticəsində 226 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 108 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 61 iş üzrə 122430 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 16133,72 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 16 iş üzrə 108893,9 manat məbləğində iddia qaldırılmışdır. İdarə və müəssisələrə 390 iş üzrə 360316,37 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 86586,18 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün məhkəməyə göndərilmiş 1 işə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 41 işdən 11-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Atmosfer havasının mühafizəsi üzrə 536 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 267 icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdikliklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 75 iş üzrə 190070 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 52429 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 37 iş üzrə 15282,3 manat məbləğində iddia qaldırılmışdır. 1343 iş üzrə 150563,34 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 129532 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 49 işdən 19-na baxılaraq müvafiq tədbir görülmüşdür. 1 obyektin fəaliyyəti dayandırılmışdır.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 63 akt və protokol tərtib olunmuş, çatışmazlıqların aradan qaldırılması üçün 10 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 15 iş üzrə 14750 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 2836,2 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 7 iş üzrə 1629,2 manat məbləğində iddia qaldırılmışdır. 42 iş üzrə 3188 manat məbləğində tətbiq edilmiş ödənişin ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün məhkəməyə göndərilmiş 2 işə baxılmışdır.
Yerin təkinin mühafizəsi sahəsində müəyyən edilmiş qanun pozuntularına görə 213 akt və protokol tərtib olunmuş, aşkar olunmuş nöqsanlara görə 30 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 105 iş üzrə 130172 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 24159,71 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 117 iş üzrə 967220 manat məbləğində iddia qaldırılmışdır. 34 iş üzrə 8743 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (ötən ildən qalanla) 9534 manat məbləğin ödənilməsi təmin olunmuşdur. Məhkəmələrə göndərilmiş 6 işdən (ötən ildən qalanla) 10-na, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 88 işdən isə 7-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Tullantıların idarə olunması sahəsində dövlət nəzarətinin mövcud qanunvericiliyə uyğun tətbiqi nəticəsində 547 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 248 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 146 iş üzrə 413080 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 34092 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 22 iş üzrə 672 manat məbləğində iddia qaldırılmış və ödənilməsi təmin edilmişdir. 637 iş üzrə 83795,94 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan 78045,6 manatın ödənilməsi təmin olunmuşdur. Məhkəmələrə göndərilmiş 1 işdən (ötən ildən qalanla) 8-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına 100 işdən isə 7-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 522 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün 35 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 122 iş üzrə 107549,6 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 27736,76 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 217 iş üzrə 36073,58 manat məbləğində iddia qaldırılmışdır. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 37 işdən 1-nə, Məhkəmələrə göndərilmiş işdən 32 işdən 8-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 72 işdən 5-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Faunanın mühafizəsi sahəsində dövlət nəzarətinin mövcud qanunvericilik əsasında tətbiqi nəticəsində 51 akt və protokol tərtib olunmuşdur. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 36 iş üzrə 34495 manat məbləğində cərimə tətbiq edilmiş, ondan 5733 manat ödənilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 3 iş üzrə 195 manat məbləğində iddia qaldırılmışdır. Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 21 işdən 4-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Su Hövzələrində Bioloji Resursların artırılması və mühafizəsi sahəsində 74 akt və protokol tərtib olunmuşdur. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 5 iş üzrə 2938 manat məbləğində cərimə tətbiq edilmişdir. Dəymiş ziyanla bağlı 85 iş üzrə 38955 manat məbləğində iddia qaldırılmış və ondan 3579 manatın ödənilməsi təmin olunmuşdur. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 29 işdən (ötən ildən qalanla) 30-na, Məhkəmələrə göndərilmiş 85 işdən 10-na baxılmışdır.