Ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlər davam etdirilir
16 Sentyabr 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2009-cu ilin 07-13 sentyabr tarixlərində Bakıda və Abşeron yarımadasında ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 16 akt və protokol tərtib olunmuşdur. Ümumilikdə 9 iş üzrə 43500 manat məbləğində cərimə tətbiq edilmişdir.
Su ehtiyatları üzrə 2 akt və protokol tərtib olunmuş və 2 iş üzrə 18000 manat məbləğində cərimə tətbiq edilmişdir.
Atmosfer havasının mühafizəsilə bağlı 3 akt tərtib olunmuşdur.
Yerin təkinin mühafizəsi sahəsində 3 akt və protokol tərtib olunmuş, 3 iş üzrə 6800 manat məbləğində cərimə tətbiq edilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 5 akt və protokol tərtib olunmuş və 3 iş üzrə 18000 manat məbləğində cərimə tətbiq edilmişdir.
Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 3 akt tərtib olunmuş və 1 iş üzrə 700 manat məbləğində cərimə tətbiq edilmişdir.