Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (sentyabr ayının I ongünlüyü üçün)
14 Sentyabr 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə sentyabr ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazisindən transsərhəd çirklənməyə məruz qalan məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələrinin, həmçinin biogen maddələrin miqdarının yol verilən qatılıq həddini (YVQH) dəfələrlə keçməsi qeydə alınmışdır. Buna səbəb Gürcüstan və Ermənistan ərazisindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət, heyvandarlıq və sənaye müəssisələrinin çirkab sularıdır.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən mis birləşmələri 6, fenollar 4, ammonium ionu 1,6, Ağstafaçay məntəqəsində fenollar 3, mis birləşmələri 6, Ağstafaçay su anbarında fenollar 4 mis birləşmələri isə 6 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 44,2 m3/san təşkil etmişdir. Suyun əsas çirkləndiricilərindən olan fenollar Horadiz, I Şahsevən və Bəhramtəpə məntəqələrində 3, mis birləşmələri isə Horadiz, I Şahsevən və Bəhramtəpə məntəqələrində 4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.49-6.34 mq/l arasında dəyişərək sanitar norma daxilində olmuşdur.