Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında reabilitasiya keçən heyvanlar vəhşi təbiətə buraxılmışdır
12 Sentyabr 2009, 00:00
12 sentyabr 2009-cu il tarixində ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında reabilitasiya keçən 4 ədəd qartal, 2 ədəd soltan toyuğu, 2 ədəd hacıleylək, 1 baş dovşan və 1 baş canavar tam reabilitasiya keçərək Altıağac, 1 ədəd qutan və 1 baş ceyran isə yaşama arealına uyğun olaraq Ağgöl Milli Parklarının ərazilərində vəhşi təbiətə buraxılmışdır.
Bildiririk ki, 2009-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının respublika ərazisində keçirdikləri reydlər zamanı iaşə müəssisələrində qanunsuz olaraq saxlanılan 2 baş ceyran, 2 baş canavar, 4 baş dovşan, 1 baş ayı və həmçinin adları “Qırmızı Kitab”a daxil edilmiş müxtəlif növ vəhşi quşlar götürülərək Klinikaya təhvil verilmişdir.
Xatırladaq ki, 2008-ci ildə isə Altıağac Milli Parkı nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikasına hərəsi 1 baş olmaqla çaqqal, tülkü, maral, ceyran, ayı, 2 baş cüyür, 3 baş canavar, 4 baş dovşan, hərəsi 1 ədəd olmaqla şahin, aralıqdəniz qartalı, qırqovul, leşyeyən, qartal, ağ baş kərkəs, qu quşu, hərəsi 2 ədəd olmaqla bildirçin və tüklüayaq sar gətirilmişdir.
2008-ci ilin müxtəlif dövrlərində Klinikada reabilitasiya keçən heyvanlardan tülkü, maral, canavar, çaqqal, ceyran, şahin, aralıqdəniz qartalı, qırqovul, qartal, ağ baş kərkəs, qu quşu, bildirçin və tüklüayaq sar reabilitasiya keçdikdən sonra ictimaiyyətin və KİV nümayəndələrinin iştirakı ilə vəhşi təbiətə buraxılmışdır.