Bölgələrdə ekoloji qanunvericiliyin qorunması sahəsində iş davam edir
11 Sentyabr 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları xidməti ərazidə (Yevlax, Bərdə, Ağdaş, Tərtər rayonlarında) 2009-cu ilin avqust ayı ərzində ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdikləri yoxlamalar zamanı ekoloji qanunvericiliyin pozulması hallarını aşkara çıxarmışlar.
Şöbə əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə müvafiq reyd və yoxlamalar keçirilərək 46 akt və protokol tərtib edilmişdir.
Belə ki, atmosfer havasının mühafizəsilə bağlı 36, yerin təkinin mühafizəsi sahəsində 6, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə və floranın mühafizsinə görə 2 akt tərtib olunmuşdur. Həmçinin aşkar edilmiş ciddi nöqsanlara görə 2 şəxs barəsində cərimə tərtib edilərək onlardan 1-nin icrası təmin edilmişdir.
Şöbə əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.03.1992-ci il tarixli 122 saylı qərarının icrasını yerinə yetirərək, xidməti ərazidə yerləşən 22 obyektə 1633 manat məbləğində ödəniş tapşırıqları vermiş, bunlardan 1145 manatın ödənilməsi təmin edilmişdir.
Ümumilikdə, cari ilin avqust ayı ərzində Şöbə tərəfindən qaldırılan iddia, cərimə və ödəmələrlə birlikdə Ətraf Mühitin Mühafizəsi Üzrə Dövlət Ehtiyat Fonduna 1345 manat məbləğində vəsait ödənilmişdir
O cümlədən 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi Daxili İşlər Nazirliyi ilə birgə ekoloji vəziyyətin yaxşılaşdırılması, nəqliyyat vasitələrinin zərərli tullantılarının qarşısının alınması sahəsində işin səmərəliliyinin artırılması ilə əlaqədar avqust ayının 1-dən 31-dək “Təmiz hava” aylığı keçirmişdir.
Keçirilən yoxlama zamanı 1408 şəxsi minik maşınından 321-də dəm qazının miqdarının təyin olunan normadan yuxarı olduğu aşkar edilmiş və sürücülər barəsində şəhər və rayon Dövlət Yol Polisi əməkdaşları tərəfindən protokol tərtib edilmişdir.
Yevlax rayonu ərazisində aparılan birgə reyd və yoxlama zamanı vətəndaşlara məxsus 631 ədəd müxtəlif markalı fərdi avtomobillərdən 105 ədədində dəm qazının miqdarı təyin olunan normadan yuxarı olduğu aşkar edilmiş və sürücülər barəsində Dövlət Yol Polisi əməkdaşları tərəfindən inzibati qaydada akt və protokol tərtib edilmişdir. Yevlax rayonunun Mərkəzi xəstəxanasının avtomobil qarajında keçirilən reyd zamanı isə 6 avtomobildən 4-də dəm qazının normadan artıq olduğu müəyyən edilmiş, qanunamüvafiq qaydada akt və protokol tərtib edilərək sənədlər icra üçün Rayon DİŞ-nin DYPB-nə göndərilmişdir.
Aparılan birgə reyd və yoxlama zamanı Ağdaş rayonu ərazisində 304 ədəd avtomobildən 59-da, Bərdə rayonu ərazisində 277 ədəd avtomobildən 126-da və Tərtər rayonu ərazisində 196 ədəd avtomobildən 31-də dəm qazının miqdarı təyin olunan normadan yuxarı olduğu aşkar edilərək həmin sürücülər barəsində akt və protokol tərtib olunmuşdur.