22 nəfər meşə gözətçisi yol verdikləri nöqsanlara görə işdən azad edilmişlər
10 Sentyabr 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin mütəxəssisləri tərəfindən Gədəbəy, İsmayıllı, Daşkəsən və Göy-Göl Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin qorunub mühafizə olunmasına operativ nəzarətin təşkili vəziyyəti araşdırılmışdır.
Araşdırma zamanı Meşələrin İnkişafı Departamentinin müvafiq Əmrləri ilə 22 nəfər meşə gözətçisi yol verdikləri nöqsanlara görə işdən azad edilmişlər.
Belə ki, Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üzrə 7 Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üzrə 11, İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üzrə 3, Göy-Göl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üzrə isə 1 nəfər tutduqları vəzifədən azad edilmişlər.
Eyni zamanda Gədəbəy və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin qorunub mühafizə olunmasına operativ nəzarətin lazımi səviyyədə yerinə yetirilmədiyinə görə adı çəkilən müəssisə direktorlarına ciddi xəbərdarlıq edilmişdir.
Hal-hazırda ETSN tərəfindən Quba və Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisələrində araşdırma aparılır.