Ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlər davam etdirilir
04 Sentyabr 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2009-cu ilin 24-30 avqust tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışlar.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 12 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 9 göstəriş verilmişdir. Ümumilikdə 13 iş üzrə 31800 manat məbləğində cərimə tətbiq edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 3 akt və protokol tərtib olunmuş, 3 iş üzrə 2000 manat məbləğində cərimə tətbiq edilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 2 protokol tərtib olunmuş və 5 iş üzrə 20500 manat məbləğində cərimə tətbiq olunmuşdur.
Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 7 akt tərtib edilmişdir.
Faunanın mühafizəsi üzrə isə 5 iş üzrə 9300 manat məbləğində cərimə tətbiq olunmuşdur.