Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır

01 Sentyabr 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamenti 2009-cu ilin 17-23 avqust tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 7 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 6 göstəriş verilmişdir. Ümumilikdə 7 iş üzrə 25700 manat məbləğində cərimə tətbiq edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 3 protokol tərtib olunmuş, 1 məcburi göstəriş verilmişdir. 4 iş üzrə 10700 manat məbləğində cərimə tətbiq edilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 3 akt və protokol tərtib olunmuş, 4 məcburi göstəriş verilmişdir. 2 iş üzrə 7500 manat məbləğində cərimə tətbiq olunmuşdur.
Su ehtiyatları üzrə 1 məcburi göstəriş verilmişdir.
Floranın mühafizəsi sahəsində 1 iş üzrə 7500 manat məbləğində cərimə tətbiq edilmişdir.