Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (avqust ayının II ongünlüyü üçün)
25 Avqust 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqust ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişlər.
Avqust ayının II ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının I ongünlüyünə nisbətən 33 m3/san azalaraq 218 m3/san təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, çirklənməyə məruz qalan Kür çayı və onun qolları Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı dəfələrlə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri YVQH-dan artıq müşahidə edilmişdir.
Belə ki, Şıxlı-2 və Ağstafaçay məntəqələrində fenollar 3 dəfə, mis birləşmələri isə 4 dəfə yol verilən qatılıq həddini keçmişdir. Ağstafaçay su anbarında fenollar 2, mis birləşmələri 4 dəfə (YVQH) keçmişdir.
Avqust ayının II ongünlüyündə Araz çayında suyun sərfi 81 m3/san olmuşdur. Aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində mis birləşmələri və fenollar 3 dəfə, I Şahsevən məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 3, fenollar isə 2 dəfə yol verilən qatılıq həddini keçmişdir. Bəhramtəpə məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri isə 3 dəfə YVQH keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 4.55-6.74 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.