Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır
20 Avqust 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamenti 2009-cu ilin 10-16 avqust tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 11 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 2 göstəriş verilmişdir. Ümumilikdə 14 iş üzrə 35200 manat məbləğində cərimə tətbiq edilmiş, dəymiş ziyana görə isə 3 iş üzrə 343420 manat məbləğində iddia qaldırılmışdır.
Yerin təkinin mühafizəsi sahəsində 1 akt tərtib olunmuş, 2 iş üzrə 3500 manat məbləğində cərimə tətbiq olunmuşdur. Dəymiş ziyana görə 3 iş üzrə 343420 manat məbləğində iddia qaldırılmışdır.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 4 akt və protokol tərtib olunmuş, 1 məcburi göstəriş verilmişdir. 7 iş üzrə 27800 manat məbləğində cərimə tətbiq edilmişdir.
Su ehtiyatları üzrə 1 məcburi göstəriş verilmiş və 2 iş üzrə 2500 manat məbləğində cərimə tətbiq olunmuşdur.
Floranın və faunanın mühafizəsi sahəsində dəymiş ziyana görə 3 akt və protokol tərtib olunmuşdur.