Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ñ…üsusi mühafizə оlunan təbiət ərazilərində aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar 325 akt və 84 protokol tərtib etmişdir

19 Avqust 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Biоlоji MüÑ…təlifliyin Qоrunması və Ð¥üsusi Mühafizə Оlunan Təbiət Ərazilərinin İnкişafı Departamenti tərəfindən 2009-cu ilin yeddi ayı ərzində Ñ…üsusi mühafizə оlunan təbiət ərazilərində aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar 325 akt və 84 protokol tərtib edilmişdir.
Tərtib olunmuş akt və protokollar üzrə 71 iş qanunsuz mal-qara otarılması, 5 iş qanunsuz ov, 245 iş meşə qanunvericiliyinin və 4 iş xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə rejiminin pozulması ilə əlaqədar olmuşdur.
Ümumilikdə tərtib edilmiş akt və protokollar əsasında aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar 54666 manat məbləğində ziyan və cərimə tətbiq edilmiş və bundan 40959 manatın ödənilməsi təmin edilmişdir.
Tədbir görülməsi üçün 325 işdən 14 iş rayon məhkəməsinə, 7 iş hüquq mühafizə orqanlarına 26 iş isə müəyyən edilmiş ziyan və cərimənin ödənilməsi üçün müvafiq olaraq Məhkəmə Nəzarətçiləri qrupuna göndərilmişdir.