Azərbaycan Afrika ekspedisiya qrupu yürüş zamanı əvvəlcədən nəzərdə tutulan elmi tədqiqat işlərini də uğurla həyata keçirmişdir
18 Avqust 2009, 00:00
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəsmi saytında verilən məlumata görə 11 avqust 2009-cu il tarixində Afrikaya yola düşmüş, elmi, siyası, idman və rəmzi əhəmiyyət daşıyan birinci Azərbaycan Afrika ekspedisiya qrupu dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən Kilimancaro dağının Uhuru zirvəsinə yürüşünü başa çatdırdıqdan sonra Azərbaycana qayıdır.
Azərbaycan Afrika ekspedisiya qrupunun üzvləri yürüş zamanı əvvəlcədən nəzərdə tutulan elmi tədqiqat işlərini də uğurla həyata keçirmişlər.
Ekspedisiya üzvləri yol boyu Kilimancaro dağındakı unikal Kibo vulkanının üzə çıxardığı yeraltı süxurları, eyni zamanda bu ərazidə mövcud olan müxtəlif qiymətli bioloji nümunələri öyrənmiş, meteoroloji və geoloji müşahidələr aparmışlar.
Eyni zamanda ekspedisiya üzvləri qət etdikləri marşrut boyu hər iqlim qurşağında qarşılaşdıqları biomüxtəlifliyi yaxından tədqiq etmiş, həmçinin quşlar, məməli heyvanlar və entomofaunaya aid unikal foto-video materiallar toplamağa müvəffəq olmuşlar.