Xəbərlər

Azərbaycan Afrika ekspedisiya qrupu Kilimancaro dağının Uhuru zirvəsinə çatmışdır

17 Avqust 2009, 00:00

11 avqust 2009-cu il tarixində Azərbaycandan Afrika Qitəsinə yola düşmüş ekspedisiya qrupu dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən Kilimancaro dağının Uhuru zirvəsinə yürüşünü 16 avqust 2009-cu il tarixində başa çatdırmışdır.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəsmi saytında verilən məlumata görə 16 avqust 2009-cu il tarixində ekspedisiya üzvləri Azərbaycan bayrağını, eləcə də Ulu Öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki mən Azərbaycanlıyam” və “Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli” sözləri yazılmış vımpelləri Uhuru zirvəsinə qaldırmışlar.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi ekspedisiya Azərbaycanın dövlət bayrağı altında Afrikanın ən yüksək zirvəsinə qalxan birinci qrupdur.