Birinci Azərbaycan Afrika ekspedisiyası Kilimancaro dağına doğru yürüşə başlamışdır
17 Avqust 2009, 00:00
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının rəsmi saytında verilən məlumata görə 11 avqust 2009-cu il tarixində Bakıdan yola düşən Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi birinci Azərbaycan Afrika ekspedisiyası Tanzaniyanın Aruşa şəhərindən Kilimancaro dağının Uhuru zirvəsinə istiqamət götürmüşdür.
Ekspedisiya “Azərbaycan, yeni zirvələrə doğru İlhamla irəli” şüarı altında həyata keçirilir.
Qeyd edək ki, Kilimancaro Afrikanın ən hündür dağ massividir və Tanzaniyanın şimal-şərqində yerləşir. Uhuru zirvəsi (5895 metr) isə Kilimancaro dağındakı Kibo vulkanının ən hündür nöqtəsidir ki, bu da dünyanın ən yüksək “Yeddi zirvə”sindən biridir.
Elmi, siyası, idman və rəmzi əhəmiyyət daşıyan ekspedisiyanın tərkibində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də iştirak edirlər.
Xatırladaq ki, bu, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkil etdiyi ikinci uzaqməsafəli yürüşdür. Bundan əvvəl Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti H.Bağırovun başçılıq etdiyi ekspedisiya qrupu ötən ilin 24 dekabr 2008-ci il tarixində Antarktidaya yürüş etmişdir.