Xəbərlər

Bölgələrdə ekoloji qanunvericiliyin qorunması sahəsində iş davam edir

11 Avqust 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi 2009-cu ilin 7 ayı Mingəçevir şəhərində ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi yoxlamalar zamanı ekoloji qanunvericiliyin pozulması hallarını aşkara çıxarmışdır.
Şöbə əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə müvafiq reyd və yoxlamalar keçirilərək 44 akt və protokol tərtib edilmişdir.
Belə ki, aktlardan 3-ü su ehtiyatlarının mühafizəsi, 5-i tullantılardan düzgün istifadə edilməməsi, 3-ü atmosfer havasının mühafizəsi, 10-u flora, 8-i isə əhaliyə və sahibkarlara ayrılan torpaqlarla bağlı olmuşdur.
Ümumilikdə, cari ilin 7 ayı ərzində şöbə tərəfindən qaldırılan iddia, cərimə və ödəmələrlə birlikdə Təbiəti Mühafizə Ehtiyat Fonduna 11987 manat vəsait ödənilmişdir.
Aşkar edilmiş ciddi nöqsanlara görə 15 şəxs barəsində cərimə tərtib edilərək onlardan 5-nin icrasını təmin üçün məhkəmə nəzarətinə göndərilmişdir.
Təşkilat təsərrüfat və vətəndaşlar tərəfindən ətraf mühitə vurulmuş zərərə görə 7 iş üzrə 502,83 manat məbləğində iddia qaldırılmışdır. 6 iş üzrə 353 manat iddianın ödənilməsi təmin edilmişdir.
Xidməti ərazidə yerləşən 130 obyektə 15283,73 manat məbləğində ödəniş tapşırıqları verilmiş, bunlardan 10939,04 manatın ödənilməsi təmin edilmişdir.
Rayon məhkəməsinə baxılması üçün 2 iş göndərilmişdir.