Xəbərlər

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılmışdır

10 Avqust 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamenti 2009-cu ilin 27-31 iyul tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparmışdır.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 29 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 38 göstəriş verilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 4 akt və 5 protokol tərtib olunmuş, 3 iş üzrə 1800 manat məbləğində cərimə tətbiq edilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 14 akt və protokol tərtib olunmuş, 38 məcburi göstəriş verilmişdir.
Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 4 akt tərtib olunmuşdur.
Faunanın mühafizəsi üzrə isə 2 akt və protokol tərtib edilmişdir.