Xəbərlər

Ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlər davam etdirilir

06 Avqust 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2009-cu ilin 20-27 iyul tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılmışdır.
Araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 18 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 3 göstəriş verilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 1 akt tərtib olunmuş, 2 məcburi göstəriş verilmiş, 6 iş üzrə 4800 manat məbləğində iddia qaldırılmışdır.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 10 akt və protokol tərtib olunmuş, 1 məcburi göstəriş verilmişdir. 5 iş üzrə 24 000 manat məbləğində cərimə tətbiq edilmişdir.
Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 4 akt tərtib olunmuş, 2 iş üzrə 5700 manat məbləğində cərimə tətbiq edilmişdir.