Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
04 Noyabr 2013, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında 20-30, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Noyabrın 04-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 123 m3/s, ongünlük normanın 66 faizini təşkil edir. 2012-ci ildə bir qədər çox olmaqla 146 m3/s və ongünlük normanın 78 faizini təşkil etmişdir.
Noyabrın 04-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmamışdır. Hazırda məntəqədə su sərfi 86 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 70 m3/s təşkil etmiş və ongünlük normanın 83 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Noyabrın 04-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Kür çayının Surra məntəqəsində, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 6 sm, Şirvanda 11 sm, Bankədə isə 8 sm azalma qeydə alınmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 336 sm (2012-ci il noyabrın 04-də 375 sm), Şirvanda 192 sm (2012-ci il noyabrın 04-də 250 sm ), Salyanda 169 sm (2012-ci il noyabrın 04-də 180 sm ), Bankədə 195 sm (2012-ci il noyabrın 04-də 213 sm), Araz çayının Novruzlu məntəqəsində isə 97 sm (2012-ci il noyabrın 04-də 176 sm) təşkil edir.