Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (iyul ayının III ongünlüyü üçün)
03 Avqust 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyul ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişlər.
İyul ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının II ongünlüyünə nisbətən 8 m3/san artaraq 221 m3/san təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, çirklənməyə məruz qalan Kür çayı və onun qollarına Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı dəfələrlə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri YVQH-dan artıq müşahidə edilmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində, Ağstafaçay su anbarında və Ağstafaçay məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 3 dəfə, ammonium ionları isə 1,1 dəfə yol verilən qatılıq həddini keçmişdir.
İyul ayının III ongünlüyündə Araz çayında suyun sərfi 6,21 m3/san olmuşdur. Aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz və I Şahsevən məntəqələrində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 2, fenollar isə 3 dəfə yol verilən qatılıq həddini keçmişdir. Bəhramtəpə məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri isə 3 dəfə YVQH keçmişdir. Eləcə də bu məntəqələrdə neft məhsullarının miqdarı normadan bir qədər çox qeydə alınmışdır.
Suyun oksigen rejimi bütün məntəqələrdə 4.76-5.53 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.