Xəbərlər

Ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlər davam etdirilir

28 İyul 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2009-cu ilin 13-20 iyul tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılmışdır.
Araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 78 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 19 göstəriş verilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 67 akt tərtib olunmuş, 19 məcburi göstəriş verilmişdir. 1 iş üzrə 200 manat məbləğində cərimə tətbiq edilmiş və ödənilməsi təmin edilmişdir.
Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 7 akt və protokol tərtib olunmuşdur.
Yerin təkinin mühafizəsi sahəsində 4 akt və protokol tərtib olunmuş, 3 iş üzrə 295 680 manat məbləğində iddia qaldırılmışdır.