Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqin nəticələri (iyul ayının II ongünlüyü üçün)
24 İyul 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyul ayının II ongünlüyü üçün növbəti monitorinq keçirmişdir.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarının dəfələrlə yol verilən qatılıq həddini (YVQH) keçməsi qeydə alınmışdır.
Həmçinin Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən keçən məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2, Ağstafaçay məntəqələrində və Ağstafaçay su anbarında suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 3, ammonium ionları isə 1,1 dəfə yol verilən qatılıq həddini keçmişdir.
İyul ayının II ongünlüyündə Araz çayında suyun sərfi 22,6 m3/san olmuşdur. Aparılan monitorinqin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 2, fenollar 3, I Şahsevən və Bəhramtəpə məntəqələrində fenollar 2, mis birləşmələri isə 3 dəfə YVQH keçmişdir.
İyul ayının II ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının I ongünlüyünə nisbətən 70 m3/san azalaraq 193 m3/san təşkil etmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.11-7.20 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.