ETSN əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır
23 İyul 2009, 00:00
Respublikamızın ərazisində havaların isti və quraq keçməsi ilə əlaqədar meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğınların baş vermə təhlükəsi artmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublikamızın meşələrində, həmçinin meşə fonduna daxil olmayan digər yaşıllıqlarda yanğın təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Haqqında Qanunun tələblərinə uyğun olaraq hər il qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir.
Lakin bununla belə, bəzi fermer və digər torpaq mülkiyyətçilərinin məsuliyyətsizliyi və bir sıra bələdiyyə rəhbərlərinin bu vacib problemə laqeyd münasibəti üzündən yanğın hadisəsi baş vermişdir.
2009-cu il 20 iyul tarixində saat 16:30 radələrində Kürdəmir rayonun Sığırlı kənd sakinlərinin pay torpaqlarında, kövşənlərdə baş vermiş yanğın Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisənin Sığırlı meşəbəyiliyinin ərazisinə keçmiş və 4.2 hektar meşə ilə örtülü sahəni əhatə etmişdir.
Yanğın Sabirabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizəsi xidməti işçilərinin və yerli əhalinin köməkliyi ilə 21 iyul 2009-cu il saat 01:05 radələrində tamamilə söndürülmüşdür.
Yanğın vaxtında və operativ qaydada söndürüldüyündən meşə fonduna ciddi ziyan dəyməmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti və quraq keçməsi ilə əlaqədar əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa və yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.