Ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlər davam etdirilir
17 İyul 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2009-cu ilin 06-13 iyul tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılmışdır.
Araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 24 akt və protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 11 göstəriş verilmişdir.
Atmosfer havası üzrə 1 akt tərtib olunmuş, 5 məcburi göstəriş verilmişdir.
Su ehtiyatları üzrə 1 akt tərtib olunmuşdur.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 12 akt və protokol tərtib olunmuş, 6 məcburi göstəriş verilmişdir. 2 iş üzrə 8500 manat məbləğində cərimə tətbiq edilmişdir.
Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 6 akt və protokol tərtib olunmuş, 3 iş üzrə 14500 manat məbləğində cərimə tətbiq edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 4 akt və protokol tərtib olunmuşdur.