Xəbərlər

Nazirliyin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi 6 ay ərzində 82 akt və protokol tərtib edib

10 İyul 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Quba, Qusar, Xaçmaz, Dəvəçi, Siyəzən) “Ətraf Mühitin Mühafizəsi Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq reyd və yoxlamalar keçirərək 2009-cu ilin 6 ayı ərzində 82 akt və protokol tərtib etmişdir.
Atmosfer havasının mühafizəsi sahəsində 13 akt və protokol tərtib edilmiş və 9 məcburi göstəriş verilmişdir. Müəssisə və təşkilatlara 3230 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilməsi təmin edilmişdir.
Su mühafizəsi sahəsində 13 akt tərtib edilmiş, 11 məcburi göstəriş verilmişdir. Müəssisə və təşkilatlara 4031 manat məbləğində məcburi ödəmə hesablanmış və ödənilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində 5 akt tərtib edilmiş, 3 məcburi göstəriş verilmişdir. 1 nəfər 800 manat məbləğində cərimə olunmuş, 3 nəfərə qarşı 170,5 manat məbləğində iddia qaldırılmışdır.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 9 akt və protokol tərtib edilmişdir. 2 nəfər 4000 manat məbləğində cərimə edilmiş, 7 məcburi göstəriş verilmişdir. Müəssisə və təşkilatlara 773 manat məbləğində məcburi ödəmə hesablanmışdır. 2 iş məhkəmə orqanlarına göndərilmişdir.
Floranın mühafizəsi sahəsində 38 akt və protokol tərtib edilmişdir. Qanunu pozan 17 nəfər 10550 manat məbləğində cərimə olunmuş, 18 nəfərə qarşı 1576 manat məbləğində iddia qaldırılmışdır. 9 nəfər 1266,5 manat məbləğində cərimə, 12 nəfər tərəfindən isə 1002,7 manat məbləğində iddia ödənilmişdir. 16 iş tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilmişdir.
Faunanın mühafizəsi sahəsində 4 protokol tərtib edilmiş, 1 nəfər 700 manat məbləğində cərimə olunmuş və ödənilməsi təmin olunmuşdur. 1 iş isə tədbir görülməsi üçün məhkəmə orqanlarına göndərilmişdir.