Xəbərlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyi beş ay ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 1340 akt və protokol tərtib edib

09 İyul 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu ilin ötən beş ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 1340 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 370 icrası məcburi olan göstəriş verilmişdir.
Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 303 iş üzrə 488664,5 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 357 iş üzrə 400870,89 manat məbləğində iddia qaldırılmış, 1384 iş üzrə 479162,28 manat məbləğində ödəmə tətbiq olunmuşdur. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 111 işdən 22-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 186 işdən 14-nə baxılaraq müvafiq tədbirlər görülmüşdür.
Su ehtiyatlarından səmərəli istifadə olunması və mühafizəsi sahəsində dövlət nəzarətinin tətbiqi nəticəsində 163 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 62 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 37 iş üzrə 80980 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 11 iş üzrə 91633 manat məbləğində iddia qaldırılmışdır. 234 iş üzrə 327478,59 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün məhkəməyə göndərilmiş 1 işə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 23 işdən 3-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Atmosfer havasının mühafizəsi üzrə 306 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 146 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 53 iş üzrə 124210 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 6 iş üzrə 13466 manat məbləğində iddia qaldırılmışdır. 753 iş üzrə 94200,56 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 12 işdən 2-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 27 akt və protokol tərtib olunmuş, çatışmazlıqların aradan qaldırılması üçün 7 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 6 iş üzrə 8150 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyanla bağlı 5 iş üzrə 1244,2 manat məbləğində iddia qaldırılmışdır. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 2 işdən 1-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Yerin təkinin mühafizəsi sahəsində müəyyən edilmiş qanun pozuntularına görə 147 akt və protokol tərtib olunmuş, aşkar olunmuş nöqsanlara görə 10 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 63 iş üzrə 76422 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 96 iş üzrə 235181,24 manat məbləğində iddia qaldırılmışdır. 20 iş üzrə 4393 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilmiş 5 işdən (ötən ildən qalanla) 7-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 57 işdən 3-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Tullantıların idarə olunması sahəsində dövlət nəzarətinin mövcud qanunvericiliyə uyğun tətbiqi nəticəsində 292 akt və protokol tərtib olunmuş, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 117 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 61 iş üzrə 141430 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 13 iş üzrə 310 manat məbləğində iddia qaldırılmışdır. 359 iş üzrə 51770,13 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 1 işdən (ötən ildən qalanla) 4-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 44 işdən 3-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 321 akt və protokol tərtib olunmuş, 28 icrası məcburi olan göstəriş verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 69 iş üzrə 44727,5 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 156 iş üzrə isə 27586,45 manat məbləğində iddia qaldırılmışdır. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 31 işdən 4-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 45 işdən 3-nə baxılaraq müvafiq tədbir görülmüşdür.
Faunanın mühafizəsi sahəsində dövlət nəzarətinin mövcud qanunvericilik əsasında tətbiqi nəticəsində 27 akt və protokol tərtib olunmuş, ümumilikdə 14 iş üzrə 12745 manat məbləğində cərimə tətbiq edilmişdir.
Su Hövzələrində Bioloji Resursların artırılması və mühafizəsi sahəsində 57 akt və protokol tərtib olunmuş, dəymiş ziyanla bağlı 69 iş üzrə 31420 manat məbləğində iddia qaldırılmışdır. Tədbir görülməsi üçün məhkəmələrə göndərilmiş 69 işdən 5-nə baxılaraq müvafiq tədbir görülmüşdür.