Ətraf mühitin mühafizəsinə yönəlmiş tədbirlər davam etdirilir
08 İyul 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2009-cu ilin 22-29 iyun tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılmışdır.
Araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 5 akt və 4 protokol tərtib olunmuşdur. Ümumilikdə 2 iş üzrə 16200 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 4 iş üzrə 1416,5 manat məbləğində iddia qaldırılmışdır.
Atmosfer havası üzrə 1 akt tərtib olunmuşdur.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 2 protokol tərtib olunmuşdur. 1 iş üzrə 16000 manat məbləğində cərimə tətbiq edilmişdir.
Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 4 akt və 2 protokol tərtib edilmişdir. 4 iş üzrə 1416,5 manat məbləğində iddianın ödənilməsi təmin olunmuşdur.
Faunanın mühafizəsi sahəsində 1 iş üzrə 200 manat məbləğində cərimə tətbiq edilmişdir.