Xəbərlər

Bölgələrdə ekoloji qanunvericiliyin qorunması sahəsində iş davam edir

07 İyul 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mingəçevir şəhərindəki 8 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları 2009-cu ilin 5 ayı ərzində “Ətraf Mühitin Mühafizəsi Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq reyd və yoxlamalar keçirərək 41 akt və protokol tərtib etmiş və icrası məcburi olan 5 göstəriş vermişdir.
Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 12 iş üzrə 8945 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 7 iş üzrə 502,83 manat məbləğində iddia qaldırılmışdır. İdarə və müəssisələrə 113 iş üzrə 13535,83 manat məbləğində ödəmə verilmişdir.
Su ehtiyatları üzrə 4 akt və protokol tərtib olunmuş, 2 icrası məcburi olan göstəriş verilmişdir. İdarə və müəssisələrə 21 iş üzrə 2806,26 manat məbləğində cərimə tətbiq edilmişdir.
Atmosfer havasının mühafizəsi sahəsində 5 akt və protokol tərtib edilmişdir. Müəssisə və idarələrə 55 iş üzrə 4966,47 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Torpağın mühafizəsi sahəsində 8 akt tərtib olunmuş, idarə və müəssisələrə 9 iş üzrə 645 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Yerin təkinin mühafizəsi sahəsində idarə və təşkilatlara 12 iş üzrə 2452 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 7 akt və protokol tərtib olunmuş, 3 icrası məcburi göstəriş verilmişdir. 3 iş üzrə 3200 manat məbləğində cərimə tətbiq edilmişdir. İdarə və müəssisələrə 16 iş üzrə 2666 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Floranın mühafizəsi sahəsində 17 akt tərtib edilmiş, 5 iş üzrə 3065 manat məbləğində cərimə tətbiq edilmişdir. Dəymiş ziyana görə 7 iş üzrə 502,83 manat məbləğində iddia qaldırılmışdır.