Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb
03 İyul 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2009-cu ilin 16-22 iyun tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılmışdır.
Araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 14 akt və 6 protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 4 göstəriş verilmişdir. Ümumilikdə 9 iş üzrə 52500 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 2 iş üzrə 550,76 manat məbləğində iddia qaldırılmışdır.
Atmosfer havası üzrə 6 akt tərtib olunmuş, 2 iş üzrə isə 25000 manat məbləğində cərimə tətbiq edilmişdir.
Torpaq ehtiyatları üzrə 1 iş üzrə 700 manat məbləğində cərimə tətbiq edilmişdir.
Yerin təki üzrə 4 akt və 3 protokol tərtib olunmuş və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 4 göstəriş verilmişdir. 2 iş üzrə 5800 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 1 iş üzrə 385 manat məbləğində iddia qaldırılmış dır.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 4 akt və 3 protokol tərtib olunmuşdur. 4 iş üzrə 21000 manat məbləğində cərimə tətbiq edilmişdir.
Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 1 iş üzrə 165,76 manat məbləğində iddia qaldırılmışdır.