Xəbərlər

Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş imzalanmışdır

25 İyun 2009, 00:00

Latviya Respublikasının Ətraf Mühit Naziri cənab Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
25 iyun 2009-cu il tarixində Latviya Respublikasının Ətraf Mühit Naziri cənab Raymonds Veyonisin, Ətraf Mühit Nazirinin müşaviri cənab Viestrus Silenieks,
Ətraf Mühit Nazirinin Katibi cənab Quntis Pukitis, Ətraf Mühit Nazirliyinin məsləhətçisi cənab İndulis Emsis Ekologiya və Təbii Sərvətlər Naziri cənab H.Bağırovla birlikdə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad etmişlər.
Daha sonra Nazirliyin inzibati binasında Azərbaycan ilə Latviya Hökumətləri arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş imzalanmışdır.
Həmçinin ikitərəfli görüş zamanı Azərbaycan ilə Latviya arasında ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi, biomüxtəlifliyin mühafizəsi, ətraf mühitin monitorinqi, su ehtiyatlarının idarə olunması və iqlim dəyişmələri problemləri üzrə məsələlər müzakirə edilmişdir.
Tədbirin sonunda mətbuat konfransı keçirilmişdir.