Latviya Respublikasının Ətraf Mühit Naziri cənab Raymonds Veyonisin Azərbaycana səfəri nəzərdə tutulur
22 İyun 2009, 00:00
25-28 iyun 2009-cu il tarixlərində Latviya Respublikasının Ətraf Mühit Naziri cənab Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulur.
Səfərin məqsədi Azərbaycan ilə Latviya Hökumətləri arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Sazişin imzalanması və gələcək əməkdaşlıq məsələlərinin müzakirə edilməsidir.
Səfər zamanı Latviya Respublikasının Ətraf Mühit Naziri cənab Raymonds Veyonisi Ətraf Mühit Nazirinin müşaviri cənab Viestrus Silenieks, Ətraf Mühit Nazirinin Katibi cənab Quntis Pukitis və Ətraf Mühit Nazirliyinin məsləhətçisi cənab İndulis Emsis müşayiət edəcəkdir.