Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (iyun ayının I ongünlüyü üçün)
16 İyun 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyun ayının I ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
İyun ayının I ongünlüyündə Kür çayında suyun sərfi may ayının III ongünlüynə nisbətən 138 m3/san azalaraq 338 m3/san təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında fenollar 2, mis birləşmələri isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 65.2 m3/san olmuşdur. Belə ki, Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 3, fenollar 2, I Şahsevən məntəqəsində mis birləşmələri 3, fenollar 2, Bəhramtəpə məntəqəsində mis birləşmələri 3, fenollar isə 2 dəfə YVQH keçmişdir. Bəzi məntəqələrdə ammonium ionları normadan bir qədər artıq olmuşdur. Suyun oksigen rejimi bütün məntəqələrdə 4.31-7.30 mq/l arasında olmaqla, sanitar norma daxilində dəyişmişdir.