Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

12 İyun 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə iyunun 10-da axşam və 11-də gecə yağan yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın bəzi çaylarında sululuğun artımı müşahidə olunmuşdur.
Hazırda ən yüksək sululuq Respublikanın Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 100-257, Balakən-Şəki bölgəsi çaylarında isə normanın 90-135 faizini təşkil edir. Digər çaylarda isə normadan aşağı sululuq müşahidə edilir. Belə ki, Qazax-Gəncə və Lənkəran-Astara bölgəsi çaylarında 30-75 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Hal hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 365 m3/san (ongünlük normanın 62 faizi) təşkil edir. 2008-ci ildə isə ongünlük normanın 56 faizi olmaqla 328 m3/san olmuşdur.
Qanıx çayından Mingəçevir su anbarına axım isə 132 m3/san (ongünlük normanın 78 faizi) təşkil edir. 2008-ci ildə isə ongünlük normanın 42 faizi olmaqla 71 m3/san olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 412 sm (2008-ci ildə 340 sm), Şirvanda (Əlibayramlı) 320 sm (2008-ci ildə 268 sm), Bankədə 278 sm (2008-ci ildə 271 sm), Araz-Novruzluda 220 sm (2008-ci ildə 70 sm) təşkil edir.
Böyük su anbarlarında hazırki vəziyyət
Şəmkir su anbarının hazırki səviyyəsi 152,69 metr (2008-ci ildə 150,37 metr), Mingəçevir su anbarının səviyyəsi 78,25 metr (2008-ci ildə 78,45 metr), Araz su anbarının səviyyəsi isə 777,48 metr (2008-ci ildə 774,13 metr) təşkil edir.