Novxanı-Sumqayıt sahil zolağında “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin növbəti 2 stansiyasına baxış keçirilmişdir
05 İyun 2009, 00:00
Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” 20 iyun 2007-ci il və 13 iyin 2008-ci il tarixli Sərəncamlarından irəli gələn məsələlərin həlli istiqamətində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahilboyu ərazilərində beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici qurğular quraşdırılaraq istismara verilməsi davam edir.
Aparılan işlərin nəticəsi olaraq gün ərzində 6140 m3 çirkab suyun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdılmasının qarşısı alınmış və həmin ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur.
Belə ki, Mərdəkan qəsəbəsinin sahil zolağında yerləşən “Qızıl qum” istirahət mərkəzi yaxınlığındakı gölməçələrin səviyyəsi tamamilə azalaraq son quruma mərhələsinə çatdırılmışdır. Bundan başqa, “Marian Beach” istirahət mərkəzi və Buzovna qəsəbəsinin “Əli ayağı” ziyarətgahının yanında, eləcə də Buzovna qəsəbəsinin qamışlıq sahəsində çirkab suların sözügedən təmizləyici qurğularda müvafiq norma və standartlar səviyyəsində təmizlənərək və zərərsizləşdirilərək dənizə axıdılması nəticəsində qeyd olunan ərazilərdə çirkab gölməçələrin səviyyəsi azalmış və bataqlaşmış sahələrin 50%-dən çox hissəsində ekoloji tarazlığın bərpası təmin olunmuşdur.
5 iyun 2009-cu il tarixdə Novxanı-Sumqayıt sahil zolağında “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin növbəti 2 stansiyasına baxış keçirilmişdir. Bu stansiyalarda quraşdırılmış 6 ədəd bioloji təmizləyici qurğuların fəaliyyəti nəticəsində Xəzər dənizinə gün ərzində 600 m3 həcmində axıdılan çirkab suyun müvafiq norma və standartlara uyğun təmizlənməsi təmin ediləcəkdir.
Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında yeganə ölkədir ki, dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirir. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacaqdır.