Xəbərlər

3 Meşə Mühafizəsi və Bərpası Müəssisəsində yoxlama aparılıb

05 İyun 2009, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin mütəxəssisləri tərəfindən 2009-cu il may ayının 18-dən 23-dək Nazirliyə daxil olmuş ərizə-şikayətlərlə bağlı 3 Meşə Mühafizəsi və Bərpası Müəssisəsində yoxlama aparılmışdır.
Yoxlama zamanı 3009,85 manat köküstə nırx dəyərində 631,62 m3 həcmində 624 ədəd qanunsuz qırıntı aşkar edilərək sənədləşdirilmiş və qanunamüvafiq tədbirlər görülmüşdür. Onlardan 2890,39 manat köküstə nırx dəyərində 603,88 m3”“i Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsində (MMBM) aşkar edilmiş, həmin müəssisənin 6 nəfər rəhbər və meşə mühafizə işçiləri barəsində müxtəlif intizam tənbeh tədbirləri görülmüşdür. 3 nəfər tutduqları vəzifədən azad edilmişdir.
Eyni zamanda “Yerli meşə materiallarından qanunsuz istifadənin qanunauyğunluğunun araşdırılmasına dair komissiya”nın üzvləri tərəfindən keçirilən yoxlama zamanı Bakı, İsmayıllı, Şəmkir və Qubada ümumilikdə 16,8 m3 həcmində qanunsuz daşınan işlik (yararlı) meşə materialı, habelə 1190 kq ağac kömürü saxlanılmışdır. Komissiyanın üzvləri tərəfindən saxlanılmış materiallar qanunsuz istifadə olunduğuna görə 3904,22 manat həcmində ziyan hesablanaraq sənədləşdirilmiş və qanunamüvafiq tədbirlər görülmüşdür.