Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
26 May 2009, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, may ayının 22-23-də yağan yağışlar nəticəsində (Şəkidə 29 mm, Kişdə 36 mm), Şəki ərazisindən axan Şinçay, Kişçay, Küngütçay və Zəyzitçaydan qısamüddətlı daşqınlar keçmişdir.
Hazırda ən yüksək sululuq Respublikanın Quba-Xaçmaz bölgəsi çaylarında müşahidə olunur və ongünlük normanın 110-220, Balakən-Şəki bölgəsinin çaylarında normanın 90-147 faizini təşkil edir. Digər çaylarda isə normadan aşağı sululuq müşahidə edilir. Belə ki, Qazax-Gəncə və Lənkəran-Astara bölgəsi çaylarında 22-57 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Hal-hazırda Kür çayının Qıraqkəsəmən məntəqəsindən Şəmkir su anbarına axım 474 m3/san (ongünlük normanın 68 faizi) təşkil edir. (2008-ci ildə ongünlük normanın 75 faizi olmaqla 522 m3/san təşkil edirdi).
Qanıx çayından Mingəçevir su anbarına axım isə 155 m3/san (ongünlük normanın 78 faizi) təşkil edir. (2008-ci ildə ongünlük normanın 58 faizi olmaqla 115 m3/san təşkil edirdi).
Kür çayının aşağı axınında hazırki vəziyyət
Mingəçevir və Araz su anbarlarından buraxılan suyun tənzimlənməsi ilə əlaqədar son 5 gün ərzində Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 40, Şirvanda 41, Salyanda 103, Bankədə isə 11 sm azalma müşahidə olunmuşdur. Hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 362 (2008-ci ildə 380 sm), Şirvanda 276 (2008-ci ildə 288 sm), Salyanda 286 (2008-ci ildə 168 sm), Bankədə 279 (2008-ci ildə 277 sm), Araz-Novruzluda 150 sm (2008-ci ildə 125 sm) təşkil edir.
Böyük su anbarlarında hazirki vəziyyət
Hazırda su anbarları gursululuq dövrü ilə əlaqədar doldurma rejimi ilə işləyir. Son 5 gün ərzində Şəmkir su anbarının səviyyəsi 61 sm artmış, hazırki səviyyə 151,43 metr təşkil edir (2008-ci ildə 148,24 metr). Mingəçevir su anbarının səviyyəsi 18 sm artmış, hazırki səviyyə 77,73 metr təşkil edir (2008-ci ildə 78,22 metr). Araz su anbarının səviyyəsi 27 sm artmış, hazırki səviyyə 777,49 metr təşkil edir (2008-ci ildə 774,42 metr).