Xəbərlər

22 may Beynəlxalq Biomüxtəliflik günü bütün dünyada “Aqressiv invaziv növlərin bioloji müxtəlifliyə təsiri” mövzusu altında qeyd edildi

25 May 2009, 00:00

Dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə 1992”“ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulmuş Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000”“ci ildə qoşulmuşdur.
Konvensiyanın təməl prinsiplərinə uyğun olaraq ötən dövr ərzində Respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilmiş, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılmış, xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Qeyd edək ki, cari ildə “Beynəlxalq Biomüxtəliflik günü” bütün dünyada “Aqressiv invaziv növlərin bioloji müxtəlifliyə təsiri” mövzusu altında qeyd edilir.
22 may 2009-cu il tarixində İsmayıllı Dövlət Təbiət Qoruğunda Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin, Nazirliyin müvafiq struktur bölmələrinin, Regional Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə “Beynəlxalq Biomüxtəliflik günü” münasibətilə seminar-müşavirə keçirilmişdir.
Seminar-müşavirədə çıxış edənlər son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bioloji müxtəlifliyin qorunması istiqamətində görülmüş işlər, eyni zamanda aqressiv invaziv növlərin bioloji müxtəlifliyə təsiri və onlarla mübarizə aparılması üçün həyata keçirilən tədbirlər barədə məlumat vermiş, həmçinin, seminar iştirakçıları mövzu ətrafında məlumat mübadiləsi aparmış, təkliflər irəli sürmüşlər.
Seminarın sonunda “Beynəlxalq Biomüxtəliflik günü” münasibətilə Şirvan Milli Parkı tərəfindən Salyan rayon məktəbliləri arasında “Azərbaycan Təbiətinin İnciləri” mövzusunda bilik yarışması keçirilmiş, qaliblər diplom və mükafatlarla təltif edilmişlər.