23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
23 May 2009, 00:00
Ölkəmiz müstəqillik əldə etdikdən sonra məhz Ulu Öndər Heydər Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə qayğıkeş münasibəti nəticəsində onun imzaladığı 2001”“ci il 23 may tarixli sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramları ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin Fəxri Xiyabanda məzarını ziyarət etmiş, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidləri yad etmişlər.
Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” sərəncamına müvafiq olaraq ətraf mühitin qorunmasındakı xidmətlərinə görə Nazirliyin 3 nəfər əməkdaşı “Tərəqqi” medalıyla, 2 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” və 3 nəfər isə “Azərbaycan Respublikasının Əməkdar mühəndis” fəxri adı ilə təltif olunmuşdur.
Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması sahəsində həyata keçirilən quruculuq işləri davam edir. Bu da müstəqil Azərbaycan Dövlətinin qüdrətlənməsində, hər bir Azərbaycan vətəndaşının həyat səviyyəsinin daha da yüksəlməsində özünü göstərəcəkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş ətraf mühitin sağlamlaşdırılması və təbii sərvətlərdən davamlı istifadə olunması siyasətini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi sayəsində daha da uğurla davam etdirərək üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, Respublika əhalisinin sağlam ətraf mühitdə yaşamasının təmin edilməsində bütün imkanlarını səfərbər edəcəkdir.