Brakonyerlərə qarşı mübarizə aparılır
19 May 2009, 00:00
2009-cu il may ayının 16-dan 17-nə keçən gecə saat 1 radələrində Tovuzun Düz Qırıqlı kəndinin Şəmkir su anbarı ərazisindən keçən hissəsində Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat zamanı Nazirliyin müfəttişi Mahmud Axundov qeyri-qanuni balıq ovu ilə məşğul olan brakonyerlər tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində gözündən yaralanıb.
Brakonyerlər tərəfindən ciddi xəsarət alan M.Axundov Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
Hazırda Tovuz rayonu Prokurorluğunda faktla bağlı istintaq işi aparılır.
Brakonyerlər tərəfindən ciddi xəsarət alan M.Axundov Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
Hazırda Tovuz rayonu Prokurorluğunda faktla bağlı istintaq işi aparılır.