Quş ovunun bərpası barədə qərar, yalnız Dövlət Komissiyası tərəfindən qəbul oluna bilər
14 May 2009, 00:00
Kütləvi İnformasiya Vasitələrində Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti tərəfindən ölkədə epizootik durumun sabit olması səbəbindən müvəqqəti olaraq sinantrop və köçəri quşların ovuna qoyulmuş qadağanın götürüldüyü və bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunduğu barədə məlumat yayılmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, bu günədək Nazirliyə belə məzmunlu müraciət daxil olmamışdır.
Qeyd edək ki, “Ovçuluq Haqqında” Qanunun 16.1 maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində ov mövsümünün başlanmasını və müddətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən edir. Həmçinin, epizootik durumun sabit olduğu dövrlərdə də quşların balalama dövrü nəzərə alınaraq, fevral ayından başlayaraq avqust ayının sonunadək heç bir quş növünün ovuna icazə verilmir.
Quş qripi xəstəliyinin yayılmasına səbəb ola biləcək quş ovunun bərpası barədə qərar, yalnız Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası ərazisində quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsinə dair Dövlət Komissiyası” tərəfindən qəbul oluna bilər.
Sonda, hər hansı bəyanat verərkən və ya qərar qəbul edərkən ayrı-ayrı təbəqələrin deyil, dövlətin və bütün vətəndaşların marağının nəzərə alınmasının vacibliyini nəzərə çatdırırıq.