Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə yürüş başa çatıb
09 May 2009, 00:00
Ümummilli Lider H.Əliyevin 86 illiyi ilə əlaqədar Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının 3 idman klubunun ("Salavat", "Qərb Universiteti" və "Ekosport" idman klubları) 20 nəfərdən ibarət ekspedisiyasının 2009-cu il may ayının 7-də başladığı yürüş başa çatıb.
Yürüşə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının fəalları ilə birlikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də qoşulub.
Qeyd edək ki, ekspedisiya qrupunun mayın 7-də Bakı şəhərindən başlanan yürüşü mayın 8-də “Heydər zirvəsi”nin yerləşdiyi Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam etmiş, günün sonunda yürüş iştirakçıları çətin keçidləri olan zirvəyə çatılmasına hazırlıq üçün həmin ərazidə düşərgə qurmuşlar.
May ayının 9-da ekspedisiya qrupu dəniz səviyyəsindən 3751 metr hündürlükdə hökm sürən qarlı hava şəraitinə baxmayaraq “Heydər zirvəsi”nə qalxmağa nail olmuşdur.
Ekologiya və Təbii Sərvətlər Naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti H.Bağırov Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ən yüksək nöqtəsində qoyulmuş Ulu Öndər Heydər Əliyevin barelyefi önünə tər qızıl gül dəstələri düzmüşdür.
Xatırladaq ki, 2008-ci ildə də Ümummilli Lider H.Əliyevin ad günü ərəfəsində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının fəalları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birlikdə “Heydər zirvəsi”nə yürüş etmişdilər.