Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birlikdə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının fəalları “Heydər zirvəsi”nə yürüş edib
08 May 2009, 00:00
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ekspedisiya qrupu Ümummilli Lider H.Əliyevin 86 illiyi ilə əlaqədar 7 may 2009-cu il tarixdə Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə yürüşə başlayıb.
Yürüşə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının fəalları ilə birlikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də qoşulub.
Ekspedisiya qrupunun mayın 7-də Bakı şəhərindən başlanan yürüşü mayın 8-də “Heydər zirvəsi”nin yerləşdiyi Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində davam etmiş, günün sonunda yürüş iştirakçıları çətin keçidləri olan zirvəyə çatılmasına hazırlıq üçün həmin ərazidə düşərgə qurmuşlar.
Xatırladaq ki, 2008-ci ildə də Ümummilli Lider H.Əliyevin ad günü ərəfəsində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının fəalları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birlikdə “Heydər zirvəsi”nə yürüş etmişdilər.