Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
06 May 2009, 00:00
Ekologiya sahəsində misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 86 illiyi münasibətilə 2009-cu il 06 may tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri Fəxri Xiyabanda Ulu öndərin məzarını ziyarət etmişdir. Daha sonra ETSN-də Ulu öndər H.Əliyevin 86-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov açaraq böyük öndərimiz H.Əliyevin müstəqil Azərbaycanın yaranmasında və möhkəmlənməsindəki xidmətlərindən danışmış, onu böyük siyasətçi kimi xarakterizə etmiş və bildirmişdir ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan ulu öndərin fəaliyyəti dövründə ölkədəki ekoloji problemlər həmişə xüsusi diqqət mərkəzində olmuş, ətraf mühitin mühafizəsi ilə bağlı müəyyən olunmuş prioritetlər üzrə tədbirlər görülmüşdür.
Çıxışının sonunda H.Bağırov qeyd etmişdir ki, müdrik rəhbərin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün də gündəlik işdə rəhbər tutulmaqdadır. Ümummilli Lider Heydər Əliyevin başladığı işlər, ideyalar onun layiqli davamçısı olan möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da çıxış edərək qeyd etmişdir ki, Heydər Əliyev irsi xalqımız üçün zəngin, mənəvi sərvətdir və Azərbaycan dövlətinin qurucusu kimi tariximizdə iz qoymuşdur. Azərbaycan məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya nəticəsində inkişaf edir və güclənir.
YAP rəsmisi çıxışında Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətinin böyük əhəmiyyət kəsb etdiyini və hazırda bu siyasətin möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini də vurğulayıb.
İllər keçdikcə saf, zəngin təbiəti olan Azərbaycanda xoşbəxt böyüyən, yaşayan insanlar hər dəfə böyük öndərimiz Heydər Əliyevi anacaq, onun xalqı, vətəni, torpağı üçün etdiklərini minnətdarlıq hissi ilə yad edəcəklər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ətraf mühitin sağlamlaşdırılması və təbii sərvətlərdən davamlı istifadə olunması siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daha da uğurla davam etdirəcək, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, respublikamızda əhalinin sağlam ətraf mühitdə yaşamasının təmin edilməsində bütün imkanlarını səfərbər edəcəkdir.