Xəbərlər

Ağacəkmə kompaniyası ilə əlaqədar ETSN tərəfindən tinglər əvəzsiz verilir

06 May 2009, 00:00

Jurnalistlər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, ağacəkmə kompaniyası keçirilən zaman tinglərin alınması üçün məktəblilərdən pul yığılması barədə sorğular daxil olmuşdur. Bununla bağlı ETSN bəyan edir ki, bu günə qədər Nazirlik tərəfindən ağacəkmə kompaniyası ilə əlaqədar bütün müraciət edən müəssisə və təşkilatlar, məktəblər, təşəbbüs qrupları təmənnasız olaraq tinglərlə təmin olunub və onlara mütəxəssislərimiz tərəfindən müvafiq məsləhətlər verilib. Bu proses indi də davam edir.
Ağacəkmə kompaniyasında istifadə olunacaq tinglərin satılması barədə yayılan məlumatların əsassız olduğunu bildirməklə yanaşı, Nazirlik tərəfindən son bir neçə ildə müəssisə və təşkilatlara əvəzsiz olaraq verilmiş əkin materiallarının miqdarı barədə siyahını diqqətinizə təqdim edirik.
Eyni zamanda, bildiririk ki, 2007-ci ildə H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Hərəyə bir ağac əkək” kompaniyasında əkilmək üçün cəmi 1486 min, 2008-ci ildə isə “Regionların sosial-iqtisadi inkişaf Proqramı” ilə əlaqədar Respublikanın ayrı-ayrı təşkilatlarına 700 min ədəddən artıq əkin materialları əvəzsiz olaraq verilmişdir.






Sıra
nömrəsi
Rayon və təşkilatların adı Cəmi verilib
(ədədlə)
1 Abşeron İcra Hakimiyyəti 29 000
2 Sumqayıt şəhəri  İcra Hakimiyyəti 17 000
3 Bakı şəhəri Qaradağ  İcra Hakimiyyəti 19 000
4 Bakı şəhəri Binəqədi  İcra Hakimiyyəti 2 000
5 Bakı şəhəri Xətai  İcra Hakimiyyəti 18 000
6 Bakı şəhəri  Nərimanov İcra Hakimiyyəti  10 000
7 Bakı şəhəri Nizami İcra Hakimiyyəti  25 000
8 Bakı şəhəri Əzizbəyov İcra Hakimiyyəti  15 000
9 Bakı şəhəri Səbail İcra Hakimiyyəti  8 000
10 Bakı şəhəri Yasamal İcra Hakimiyyəti  12 000
11 Bakı şəhəri Suraxanı İcra Hakimiyyəti 11 000
12 Bakı şəhəri Binəqədi İcra Hakimiyyəti  40 000
13 Gəncə şəhər İcra Hakimiyyəti  30 000
14 Xızı İcra Hakimiyyəti 25 000
15 Astara İcra Hakimiyyəti 6 000
16 Ağdaş İcra Hakimiyyəti 8 000
17 Ağcabədi İcra Hakimiyyəti 21 000
18 Ağstafa İcra Hakimiyyəti 16 000
19 Balakən İcra Hakimiyyəti 10 000
20 Beyləqan  İcra Hakimiyyəti 5 000
21 Bərdə İcra Hakimiyyəti 7 000
22 Biləsuvar İcra Hakimiyyəti 6 000
23 Qazax İcra Hakimiyyəti 70 000
24 Quba İcra Hakimiyyəti 20 000
25 Qusar İcra Hakimiyyəti 50 000
26 Qəbələ İcra Hakimiyyəti 38 000
27 Dəvəçi  İcra Hakimiyyəti 46 000
28 Cəlilabad  İcra Hakimiyyəti 19 000
29 Oğuz  İcra Hakimiyyəti 4 000
30 Sabirabad  İcra Hakimiyyəti 3 000
31 Salyan  İcra Hakimiyyəti 8 000
32 İsmayıllı  İcra Hakimiyyəti 7 000
33 Zaqatala  İcra Hakimiyyəti 10 000
34 Yevlax İcra Hakimiyyəti 295 000
35 Yalama İcra Hakimiyyəti 34 000
36 Yardımlı İcra Hakimiyyəti 3 000
37 Ucar İcra Hakimiyyəti 4 000
38 Hacıqabul İcra Hakimiyyəti 30 000
39 Kürdəmir İcra Hakimiyyəti 9 000
40 Lənkəran İcra Hakimiyyəti  95 000
41 Masallı İcra Hakimiyyəti 100 000
42 Tovuz İcra Hakimiyyəti 20 000
43 Göy-göl İcra Hakimiyyəti 11 000
44 Şamaxı İcra Hakimiyyəti 10 000
45 Şəki İcra Hakimiyyəti 21 000
46 Şəmkir İcra Hakimiyyəti 10 000
47 Göyçay İcra Hakimiyyəti 10 000
48 Gədəbəy İcra Hakimiyyəti 92 000
49 Goranboy İcra Hakimiyyəti 16 000
50 Qobustan İcra Hakimiyyəti 3 000
51 YAP Respublika üzrə 15 000
52 Bizim Gənclik Birliyi 6 800
53 Qərb Universiteti 450
54 132 saylı orta məktəb 700
55 “Day.az” saytının əməkdaşları 2 700
56 Təhsil Nazirliyi 15 000
57 Dövlər Torpaq və Xəritəçəkmə Komitəsi 12 000
58 Dövlət Sərhəd Xidməti 20 000
59 Müdafiə Nazirliyi 13 000
60 Fövqəladə Hallar Nazirliyi 8 000
61 Səhiyyə Nazirliyi 1 200
62 Dövlət Neft Şirkəti 3 500
63 Dövlət Gömrük Komitəsi 1 000
64 Dövlət Sərhəd Qoşunları 8 000
65 Az.Teleradio İctimai Birliyi 650
  CƏMİ 1 486 000