Salyan rayonunun Çuxanlı, Abad və Yenikənd kəndlərində yeni quraşdırılmış modul tipli sutəmizləyici qurğulara baxış keçirilib
16 Aprel 2009, 00:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006”“cı ilin 28 sentyabr tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006”“2010”“cu illər üzrə Kompleks Tədbirlər Planı”nın həyata keçirilməsi və ətraf mühitin sağlamlaşdırılması istiqamətində məqsədyönlü işlər aparılır.
Kompleks Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” və 2008-ci il 20 noyabr tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamlarda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi istiqamətində işlər uğurla həyata keçirilir.
Belə ki, ölkə rəhbərinin müvafiq sərəncamlarına uyğun olaraq 2007-2008-ci illər ərzində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 12 rayonun (Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Babək və Şərur) 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmış və 224 min əhali Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunmuşdur.
2009-cu il 16 aprel tarixində Salyan rayonunun Çuxanlı, Abad və Yenikənd kəndlərində “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı sutəmizləyici qurğulara baxış keçirilib.
Bu gündən etibarən quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Çuxanlı kəndinin 2272 nəfər əhalisi gün ərzində 50 m3 sutəmizləmə gücünə malik 11 bulaq, Abad kəndinin 2870 nəfər əhalisi gün ərzində 60 m3 sutəmizləmə gücünə malik 17 bulaq, Yenikənd kəndinin 2237 nəfər əhalisi isə gün ərzində 40 m3 sutəmizləmə gücünə malik 16 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcəklər.