Kürdəmir rayonunun Pirili, İmişli rayonunun Qulubəyli və Yalavac kəndlərində yeni quraşdırılmış modul tipli sutəmizləyici qurğulara baxış keçirilib
09 Aprel 2009, 00:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006”“cı ilin 28 sentyabr tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006”“2010”“cu illər üzrə Kompleks Tədbirlər Planı”nın həyata keçirilməsi və ətraf mühitin sağlamlaşdırılması istiqamətində məqsədyönlü iş aparılır.
Kompleks Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncamda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulmuşdur.
Qeyd olunan Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 163 min kənd əhalisinə verilən suyun Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənməsi nəzərdə tutulur.
Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində artıq 2007-ci ildə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi içməli su ilə təmin olunub.
Hazırda Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Naxçıvan MR-nın Babək və Şərur rayonlarının 50 yaşayış məntəqəsinə qənaət olunmuş vəsait hesabına 10 kənd də əlavə olunmaqla, ümumilikdə, 60 yaşayış məntəqəsinin 140 min əhalisinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər yekunlaşmaq üzrədir.
2009-cu il 09 aprel tarixində Kürdəmir rayonunun Pirili və İmişli rayonunun Qulubəyli və Yalavac kəndlərində “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı sutəmizləyici qurğulara baxış keçirilib.
Bu gündən etibarən quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Pirili kəndinin 2061 nəfər əhalisi gün ərzində 40 m3 sutəmizləmə gücünə malik 10 bulaq, Qulubəyli kəndinin 1524 nəfər əhalisi isə gün ərzində 40 m3 sutəmizləmə gücünə malik 9 bulaq, Yalavac kəndinin 2967 nəfər əhalisi gün ərzində 60 m3 sutəmizləmə gücünə malik 14 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək.